ŞEİRLƏR *** Sevgi, fərz eylə, çəmin tapmadığın tənlikdir... Ruhum ağ çöllərə əl yelləməsə, sənlikdir. Çoxu boz çöldə susub şeytana minnət qoydu, Sandı, lal eşqə əsir düşsə, həyat şənlikdir. Düz otuz il oxudum, bəs niyə bir peyğəmbər Mənə bir yol demədi, beş günahın mənlikdir?! Təkcə torpaq qalıb