Kökü min illərdən başlanıb gələn Qədim türk tayfası gəloxçularıq. Düşmənə ox kimi tuşlanıb gələn Allahın bəlası gəloxçularıq. İranda, İraqda, bütün Turanda, Odlar diyarımız Azərbaycanda, Doğruluq, düzlüyük damarda, qanda, Halallıq mayası gəloxçularıq.