Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » 2023-cü il NOYABR ayına olan hava proqnozu

2023-cü il NOYABR ayına olan hava proqnozu

 

Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. 

         Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox   olacağı ehtimal olunur. 

Noyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Bakıda  və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 10-15 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 28-38 mm).    

                      

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq  temperaturunun 5-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 5-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacağı gözlənilir.  

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma  18-28 mm).          

   

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq  temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, gündüzlər  8-13 dərəcə isti,   bəzi günlərdə 15-18 dərəcə isti, dağlarda gecə 2-6 şaxta, gündüz 2 dərəcəyədək şaxta olacağı gözlənilir.  

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma   27-34 mm).   

 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq  temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər  9-14 dərəcə isti, bəzi günlərdə 18-20 isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz  3-7 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək  şaxta olacağı gözlənilir.  

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma   34-35 mm).   

 

  

Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun  7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu  8-13 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə isti, gündüzlər 12-17 dərəcə  isti, bəzi günlərdə 22-25 dərəcə isti  olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  olacağı gözlənilir (norma  15-24 mm).    

                                       

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,  Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu  5-10 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 2 dərəcəyədək şaxta olacağı gözlənilir.  Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma  29-73 mm).            

                               

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun   9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 11-16 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-26 dərəcə   isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir  (norma 25-45 mm).     

                                      

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 7-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir Gecələr havanın temperaturu 10-15 dərəcə isti, bəzi günlərdə 4-8 dərəcə isti, gündüzlər  13-18 dərəcə isti, bəzi günlərdə 23-26 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcəyədək şaxta olacağı gözlənilir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 55-170 mm).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.