- 7 avqust 2018
- 853
- 0
SƏMİMİYYƏTDƏN YOĞRULMUŞ POEZİYA
Qarşımda bir kitab var. Bəlkə də sağlığında şeir yazdığından heç kəsin xəbəri olmadığı, hamının böyük bir rayonun rəhbəri, daha dəqiq desəm, Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katıbi kimi tanıdığı və şəxsiyyətinə, mərdliyinə, kişiliyinə hörmət etdiyi Xanlar Məmmədovun "ÖLMƏYƏ VƏTƏN YOXDUR" adlı kitabı. Dünyasını dəyişəndən sonra arxivindən tapılan və 2003-cü ildə qaynı Ruslan Əhmədovun vəsaiti ilə "Sabah" nəşriyyatı tərəfindən çap olunan kitabın tərtibçisi və ön sözün müəllifi İlham Alışanlıdır.
Xanlar müəllim Laçın Rayon Partiya Komitəsinin birinci katıbı ıdı. Mən o zamanlar "Laçın" qəzetinin redaksiyasında işləyirdim. Yəni işim elə idi ki, biz tez-tez görüşürdük. Təbiətində, görkəmində, duruşunda bir şairanəlik hiss edirdim. Amma heç ağlıma da gəlməzdi ki, hamıya qayğı ilə yanaşan, uşaqla uşaq, böyüklə böyük olan bu səmimi insanın sinəsində peşəkar şair qəlbi döyünür. "Peşəkar" deyirəm, çünki:
Sarı bülbül, nalə çək,
Uç Həkəri boyunca.
Barı biz əvəzdən də
Bax dağlara doyunca. - deyən Xanlar Məmmədov torpaq, doğma el-oba həsrətini əsl peşəkar şair kimi təsvir edir. Onun qoşmaları, bayatıları, üçlükləri, dördlükləri axıcıldır, oxunaqlıdır.
Bəli, hamıya etdiyi yaxşılıqlar, gözəl əməlləri ilə bərabər, poeziyası da yaşadır Xanlar müəllimi - səmimiyyətdən yoğrulmuş, torpaq qoxulu, gül-çiçək ətirli, qayğılı, nigaran poeziyası...
Şöhlət ABBAS