Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ayşə SƏYYADQIZI Şeirlər

Ayşə SƏYYADQIZI Şeirlər


HEÇ?
Nadan özün tərif edər,
Arif özün öyərmi heç?
Ömür sürüb alçaqlıqla,
Yaşamağa dəyərmi heç?

İstər şah ol, istər nökər,
Ağac da yarpağın tökər,
İnsan oğlu yuva tikər,
Bir budağı əyərmi heç?

Göz görəndir, ürək duyan,
İnsan deyil utanmayan,
Haram çörək qazanmayan,
Haram tikə yeyərmi heç?

Sığınıb şöhrətə, ada,
Vermədim ömrümü bada,
Haqqı sevən bu dünyada,
Ağa qara dəyərmi heç?

Həyatın budur qaydası,
Xainin olmaz yuvası,
Zər ola şeytan libası,
Ayşə dönüb geyərmi heç?

SİZƏ
(Şöhlət Abbasa ithaf edirəm)

Yazdınız Allahdan, söylədiz haqdan,
O da pay göndərdi nurlu sabahdan,
Qaynarlıq veribdir oddan,ocaqdan,
Həzinlik bəxş edib havadan sizə,
Yar olsun dünyanı yaradan sizə!

Gözə nur bəxş edib, sözə əzəllik,
Sizə taqət verib, qəlbə gözəllik,
Ülvilik, alilik, saflıq, özəllik,
Verməyib heç nəyi sıradan sizə,
Yar olsun dünyanı yaradan sizə!

Haqqın dərgahında nə nökər, nə şah,
Bir tutur hər kəsi qatında Allah,
Bəlkə də min savab yazıbdır Vallah,
Bir insan etdiyi duadan sizə,
Yar olsun dünyanı yaradan sizə!

Bir qızıl zərlikdən çöplüyə enə,
İtirməz qiymətin, qızıldı yenə,
Yüz dövran dolana, yüz dövran dönə,
Tay olmaz qiymətdə hər adam sizə,
Yar olsun dünyanı yaradan sizə!

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.