Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Cəbrayıl Qəhrəman Ana ("Dağların təbəssümü" kitabından)

Cəbrayıl Qəhrəman Ana ("Dağların təbəssümü" kitabından)

Nələr çəkdiyimi biləydin, ana,

Göyəmi üz tutum, Yerə-bilmirəm?

Səni axtarıram hey yana-yana,

Qayğılı çöhrəni görə bilmirəm.

 

Qapını açmağa ürəyim gəlmir, 

Görmək istəmirəm yerin boş qalıb.

Gözümdə yaş durmur,ürək dincəlmir,

Baharım gedibdi, yerin qış alıb.

 

Əzəldən bu dünya sənlə əyişdi,

Əbədi dünyanı seçmisən, ana.

Yox! Əsla ölmədin, dünyan dəyişdi,

Sevən ürəklərə köçmüsən, ana!

 

Ölüm bata bilməz ölümsüzlərə,

Hara baxıramsa, ordasan, ana.

Yaxşı əməllərin qaldı bizlərə,

Hamıya köməksən darda, sən, ana!

 

İlahi bir təpər vardı qanında,

Hər yerdə, hər zaman yerin görünür.

Elə gücsüzəm ki, sənsiz anımda,

Sızqaca bir arx da dərin görünür.

 

Başıuca oldun, hörmətli oldun,

Oğulun yanında, qızın yanında.

Həmişə hər zaman uca bildiyin

Kəlmənin yanında, sözün yanında.

 

Görmədim bir rahat olasan, ana,

Yolundan sapanı başa salardın.

Sanardın hamını öz balan kimi,

Qəlbini oxşayıb könlün alardın.

 

Yanardın birinin gözləri dolsa,

Harda bir dərdli var, ordaydın ana.

Ürəyin gülərdi, şadlanan olsa,

Darda olanlarla dardaydın, ana!

 

Bir oda düşənə baxmadın gendən,

Qəlbin közə dönüb, çəkmisən ağrı.

Səni başa düşüb duyduğum gündən,

Görürdüm gedirsən Allaha doğru!

 

Tanrı dərgahına çatmısan, ana,

Ən uca yerdədir məqamın sənin.

Ömrümə min çalar qatmısan, ana,

Necə gözəl idi, hər anın sənin!

 

Hanı, o, analı çağlarım,hanı?!

Ürəkdən sevinib gülə bilmirəm.

Bu, aylı-ulduzlu gözəl dünyanı,

Daha əvvəlkitək görə bilmirəm.

 

 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.