Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » 2023-cü il iyul ayına olan hava proqnozu

2023-cü il iyul ayına olan hava proqnozu

 


İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. 

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox  olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.  Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. 

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir  (norma 2-3mm).                           

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarındahavanın orta aylıq temperaturunun  24-28 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər  31-36 dərəcə isti, bəzi günlərdə 38-43 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 6-16mm).                                           

Xankəndi, Şuşa, Goranboy,Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarındahavanın orta aylıq temperaturunun17-20dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-32dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 29-72mm).                                           

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarındahavanın orta aylıq temperaturunun20-23 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər  21-26 dərəcə isti, bəzi günlərdə 29-34 dərəcə isti olacağı gözlənilir.   Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 10-36mm).                                           

Qazax, Gəncə, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 28-33 dərəcə  isti, bəzi günlərdə 35-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-32mm).                                           

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı,

Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındahavanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 25-30dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma  9-118mm).                                           

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, 

Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarındhavanın orta aylıq temperaturunun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-42dərəcəisti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 3-22mm).                                           

         Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 22-27dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 7-33mm). 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.