Azərbaycanca Russin English
İsti xəbərlər:
» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də» Sentyabrın 3-də» Sentyabrın 01-də» 2023-cü il SENTYABR ayına olan hava proqnozu» Avqustun 29-da» Avqustun 15-də» Tibbi-meteoroloji xəbərdarlıq» Avqustun 08-də» Cəbrayıl Qəhrəman Ana ("Dağların təbəssümü" kitabından)» Yeni kitab Cəbrayıl Qəhrəman, “Dağların təbəssümü”.» 2023-cü il AVQUST ayına olan hava proqnozu» Avqustun 01-də» İyulun 30-da» İyulun 29-da» İyulun 27-də
Pilleler » Xəbərlər » 2023-cü il IYUN ayına olan hava proqnozu

2023-cü il IYUN ayına olan hava proqnozu

 


İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. 

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox  olacağı ehtimal olunur.

Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.  

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm).                           

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun  23-26 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, gündüzlər  29-34 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 21-35 mm).                                           

Xankəndi, Şuşa, Goranboy,Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun18-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər  18-23 dərəcə isti, bəzi günlərdə 26-31 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 74-130 mm).                                           

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun  18-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər  18-23 dərəcə isti, bəzi günlərdə 26-31 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 74-130 mm).                                            

Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 28-33 dərəcə   isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,   bəzi yerlərdə isə bir qədər çox  olacağı gözlənilir (norma 46-63 mm).                                           

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı,

Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma  18-179 mm).                                           

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, 

Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarınd havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxınolacağı ehtimalı var (norma 12-49 mm).                                            

            Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 29-47 mm). 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.