Azərbaycanca Russin English
İsti xəbərlər:
» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də» Sentyabrın 3-də» Sentyabrın 01-də» 2023-cü il SENTYABR ayına olan hava proqnozu» Avqustun 29-da» Avqustun 15-də» Tibbi-meteoroloji xəbərdarlıq» Avqustun 08-də» Cəbrayıl Qəhrəman Ana ("Dağların təbəssümü" kitabından)» Yeni kitab Cəbrayıl Qəhrəman, “Dağların təbəssümü”.» 2023-cü il AVQUST ayına olan hava proqnozu» Avqustun 01-də» İyulun 30-da» İyulun 29-da» İyulun 27-də
Pilleler » Xəbərlər » Havanada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib

Havanada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı Havana şəhərinin tarixi “Hotel Nacional” mehmanxanasında rəsmi qəbul keçirilib. 

 Tədbirdə fəxri qonaq qismində Kuba hökumətinin üzvü, Kuba Milli İdman, Bədən Tərbiyəsi və İstirahət İnstitutunun prezidenti (idman naziri) Osvaldo Vento Montiller, habelə Kuba XİN-in, Mərkəzi Komitənin, dövlət qurumlarının, diplomatik korpusun, elmi-akademik dairələrin və KİV-in nümayəndələri iştirak edib.

 Tədbir Azərbaycan Respublikası və Kuba Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 Tədbirdə çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev qonaqlara 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda qurulması və Azərbaycan Demokratik Respublikasının tarixi nailiyyətləri haqqında danışıb. Səfir Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə qarşılaşdığı çətinliklər barədə məlumat verərək, daha sonra müstəqillik illərində Azərbaycanın əldə etdiyi siyasi-iqtisadi uğurlar, ölkəmizin regionun lider dövlətinə, siyasi-iqtisadi, enerji, infrastruktur mərkəzinə, eləcə də etibarlı beynəlxalq tərəfdaşa çevrilməsi barədə danışıb. R.Rzayev ölkəmizin bugünkü qüdrətinin əldə edilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafı, həmçinin, beynəlxalq səviyyədə nüfuzunun artması və uğurlu xarici siyasətinin həyata keçirilməsi istiqamətində müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə məlumat verib. Bu il Azərbaycanda Ümummilli Liderin anadan olmasının 100 illiyinin qeyd edildiyini vurğulayaraq 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olduğunu diqqətə çatdırıb. 

 Çıxışı zamanı Azərbaycan-Kuba əlaqələrinə toxunan R.Rzayev son müddətdə ikitərəfli münasibətlərdə müşahidə olunan dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı etməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

 Qəbul zamanı Azərbaycanın turizm imkanları və ölkəmiz haqqında məlumatların əks olunduğu video çarxlar nümayiş edilib, həmçinin qonaqlara Azərbaycan mətbəxinin şirin təamları təqdim olunub. 

 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.