Azərbaycanca Russin English
İsti xəbərlər:
» İyunun 02-də» İyunun 01-də» 2023-cü il IYUN ayına olan hava proqnozu» Mayın 31-də» Mayın 29-da» Havanada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib» Mayın 26-da» Mayın 25-də» Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərh» Mayın 24-də» Azərbaycan vətəndaşları Suriyadan repatriasiya olunub» YADDAŞLARA KÖÇƏN İNSAN» Mayın 18-də» Yazığım gəlir» Ermənistan tərəfindən növbəti hərbi təxribatlar barədə mətbuat məlumatı» Mayın 11-də» Kitablarımın, Milli Kitabxananın saytında olan linkləri.» Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib» Mayın 04-də» Berlində “Azərbaycan və Avropanın enerji təhlükəsizliyi” mövzusunda tədbir keçirilib
Pilleler » Xəbərlər » YADDAŞLARA KÖÇƏN İNSAN

YADDAŞLARA KÖÇƏN İNSAN

 

Ömürlük ayrılıq gəlməsin asan, 

Hərə bir acını içdi dünyadan.

Belə bir təbiət, belə bir insan, 

Belə bir müəllim köçdü dünyadan...

    Bu gün Ağsu Yazarları Ədəbi Birliyinin üzvü, ömrünü-gününü təhsil sahəsində fəda edən dəyərli müəllim, gözəl ata, ziyalı ağsaqqalımız Abbasəli müəllimin vəfatından 40 gün ötür.Artıq 40 gündür ki, hər kəsi öz dili ilə mehribancasına danışdıran, nəsihətlər verən, nəyi necə etmək lazımdırsa, onu tövsiyə edən insan  aramızda yoxdur.

Səninlə gedibdir arxa-dayağım,

Bir işin dalınca getmir ayağım,

Ən gözəl məkanlar olsa oylağım...

Gözümün yaşısan, qəlbimin ahı, 

Atasız dünyanı neynirəm axı?!

    Onun yoxluğu yaxınları, əzizləri, dostları kimi məni də çox sarsıtdı.

   Abbasəli müəllimin bizləri tərk etməsi ilə heç cür barışa bilmirəm. Düzdür, bir rayonda yaşasaq da, mən onu gec tanıdım.Tanıdığım az müddətdə ona qarşı o qədər doğmalıq hiss etdim ki, bu hissləri yazmaqla təsəvvür etmək olmaz.

     Bizi bir araya gətirən Ağsu Yazarları Ədəbi Birliyi oldu.Əgər bu birlik yaranmasaydı ,Abbasəli müəllim kimi dəyərli insanı ,bəlkə də, tanımayacaqdım, o cümlədən Birlik üzvlərini. Birliyi bizim üçün yaradan Raqif Nazimoğluna və bu Birliyin yaranmasında əməyi keçən bütün insanlara öz dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki bu Birlik yarandı və mən Abbasəli müəllim kimi dəyərli insanı tanıdım.Tanıdığım az müddət ərzində ondan özümə qarşı doğmalıq hiss etdim.Bəlkə də bu doğmalıq ,ona olan sevgim Abbəsəli müəllimin insani keyfiyyətləri və atamla yaşıd olması idi. Onun dünyadan gedişi bir daha atamın ölümünü mənə xatırlatdı.

   Çox ağır hissdir...

   Allahdan Abbəsəli müəllimə rəhmət diləyib,onun ailəsinə ,övladlarına,yaxınlarına və xüsusilə də oğlu, Ağsu Yazarları Ədəbi Birliyinin üzvü Rəşad Əhmədliyə dərin hüznlə başsağlığı verirəm."Atanın  məkanı cənnət olsun ",-deyirəm.

O getdi,dalınca ellər ağladı,

Gözümdə yaş oldu sellər ağladı,

Çiçəklər ağladı,güllər ağladı...

Gözüyaşlı qoydu bütün külfəti, 

Bitmədi içimdə ata həsrəti...

 

      Mərziyə Sarvan, 

  AYB- nin, Mirvarid Dilbazi Ədəbi Birliyinin, 

  Aşıq Pəri Məclisi və 

  Ağsu Yazarları Ədəbi Birliyinin üzvü.  

 

 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.