Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.