Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » 2023-cü il FEVRAL ayına olan hava proqnozu

2023-cü il FEVRAL ayına olan hava proqnozu


 

 

Fevral  ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox  olacağı ehtimal olunur. 

Fevral ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. 

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərində 0-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 21-24 mm).                            

Naxçıvan   Muxtar  Respublikasında  havanın orta aylıq  temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər  0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma  11-29 mm).             

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun  0-3 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə şaxta, bəzi günlərdə 5-10 dərəcə şaxta olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma   25-36 mm).                                           

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun  2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu  0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə  isti, bəzi günlərdə 5  dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma  15-36 mm).                                           

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi günlərdə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma  24-55 mm).                                           

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun  4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox  olacağı ehtimalı var (norma 21-35 mm).                                            

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək  şaxta, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 mm). 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.