Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Respublika ərazisində 2022-ci il sentyabr ayına olan hava proqnozu

Respublika ərazisində 2022-ci il sentyabr ayına olan hava proqnozu

 

Sentyabr ayında havanın orta aylıq temperaturunun    iqlim  normasına yaxın olacağı gözlənilir.  

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Sentyabr ayının ilk gülərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, lakin 05-08-də  xəzri küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, ayın ilk günlərində 33-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  olacağı gözlənilir (norma 12-23 mm).     

 

 

Naxçıvan  Muxtar  Respublikasında  havanın orta aylıq  temperaturunun  21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu  15-20 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, ayın ilk günlərində 33-38 dərəcə isti   olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi   yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 7-13 mm).             

 

 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun  14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər  16-21 dərəcə isti, ayın ilk günlərində 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-50 mm).                           

 

 

Qazax, Gəncə, Ağstafa, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun  20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, gündüzlər 23-28 dərəcə  isti, ayın ilk günlərində 32-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi  yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma  17-44 mm).                                           

 

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 16-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu  14-19 dərəcə isti, gündüzlər  20-25 dərəcə isti, ayın ilk günlərində 29-34 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma  33-120 mm).                               

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun  22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, ayın ilk günlərində 33-38 dərəcə  isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi  yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma   14-38 mm).                                           

  

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 18-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, dağlarda 9-14 dərəcə, gündüzlər 23-28 dərəcə isti, ayın ilk günlərində 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199 mm).

 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.