Bu gözəllər çiçək-çiçək böyüdü,
Arzularım ləçək-ləçək gül açdı.
Hər gözəl də gözəl-göyçək böyüdü,
Söz deyəndə dilim çaşdı-dolaşdı.
Göy üzündə parça-parça buludlar,
Ürəyimdə umacaqlar, umudlar.
Şənlərinə tərif, şeir umdular,
Duyğularım mənzilinə ulaşdı.
Onlar mənim ilhamımın qanadı,
Qələmim də gözəllərdən yanadı.
Burda arvad məni yaman yanıdı.
Axşam-axşam Şöhlət nəyə bulaşdı?
Bakı, 22 avqust 2022-ci il.