Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » DAXİLİ İŞLƏR NAZİRLİYİNİN VƏTƏNDAŞLARA MÜRACİƏTİ

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN VƏTƏNDAŞLARA MÜRACİƏTİ


Əziz həmvətənlər! 

Cari il iyul ayının 30-dan başlamış Məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən “Aşura” günündə dini mərasimlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

Mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün bütün lazımi tədbirlər görülür. 

Eyni zamanda diqqətə çatdırırıq ki, əhalinin epidemioloji salamatlığının təmin edilməsinin zəruriliyi baxımından mərasimlərin həm də sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə olunur. Piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verilməməlidir. 

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə                edərək vətəndaşlarımızı bu müraciəti anlayışla qarşılamağa çağırır                 və həmçinin bildiririk ki, qeyd olunan  tələb və tövsiyələr məhz            hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, azadlıqlarının,                 qanuni mənafelərinin və cəmiyyətin dinc həyatının qorunmasına            xidmət edir. 

3 avqust 2022-ci il 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.