Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Şöhlət Abbas BACIM

Şöhlət Abbas BACIM

(Bacım Zümrüdün ölümünə)

Tez-tez fikir edən, xəyala dalan,

Xəyalı dağlarda dolanan bacım.

Dünən qollarını boynuma salan,

Bu gün şəkillərdən boylanan bacım.

 

Yaranan köçəcək, belədir qayda,

Ağla, sıtqa-sızla, eləməz fayda.

Surəti gözümdə, qəlbim harayda, 

Yoxluğu qəmimə calanan bacım.

 

Şöhlət, bu dünyanın işi dolaşıq,

Belə bir itkiylə necə barışaq?

Şirin xatirəsi qəlbimə işıq,

Ömür yollarımda nurlanan bacım!..

Bakı, 14 iyul 2022-ci il.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.