Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Şöhlət ABBAS MƏN DƏ...

Şöhlət ABBAS MƏN DƏ...

Mən də sizlərdənəm, a şirvanlılar...
M. Ə. Sabir
Mən də sizlərdənəm, ay əzizlərim,
Kəndin dəli-dolu, ərköyün oğlu.
Ölümün üstünə gözüyumulu,
Fələyin önünə düz gedən kişi.
 
Kiminsə xətrinə dəymişəm bəlkə,
Kimsə özündən yox, məndən inciyib.
Mən də sizlərdənəm, qəm-qüssə yeyib,
Sizin dərdinizi dərd edən kişi.
 
Coşqun ilhamım var, kövrək bir qəlbim, - 
Nadan tənəsindən qabar-qabardır.
Ürəyim daş deyil, ətdir, damardır,
Qəlbini ney kimi inlədən kişi.
 
Sizlərdən biriyəm, sizlərə vurğun,
İnsan el içində, su dənizdədir.
Öləndə tabutum çiyninizdədir,
Sıradan biriyəm, cümlədən kişi.
 
Mən də sizlərdənəm – canı, qanı bir,
Gəlin biri-birdən qiybət qırmayaq,
Gəlin könül tikək, ürək qırmayaq,
Tərgidək hər cürə pis-pis vərdişi,
Ucalsın zirvəyə hər oğul, hər qız,
Qürurla boylansın zirvədən kişi.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.