Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » 2021-ci il DEKABR ayına olan hava proqnozu

2021-ci il DEKABR ayına olan hava proqnozu

 
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə,  dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı  əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.       
         Dekabrın 1-i gündüzdən  2-si gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit, yağıntılı, küləkli keçəcəyi gözlənilir.                          
Bakıda   və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə, gündüzlər 8-13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-34 mm)  olacaq.                           
Naxçıvan  Muxtar   Respublikasında  havanın orta aylıq  temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 şaxta, gündüzlər  10-15, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma  14-35 mm) olacaq.             
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun  1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 şaxta, gündüzlər  6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  (norma 27-53   mm)  olacaq.                           
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun  4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu  2-7 dərəcə isti, bəzi günlərdə  1-5 dərəcə şaxta, gündüzlər 10-15 isti, bəzi günlərdə 3-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  (norma  13-32 mm) olacaq.                                           
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-7 isti, bəzi günlərdə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma  24-48 mm) olacaq.                                           
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun   5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər  11-16, bəzi günlərdə 4-8 dərəcə  isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.                                           
 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun  4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər  10-15, bəzi günlərdə 3-7 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  (norma 45-106 mm) olacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2021-ci il  NOYABR ayına olan hava proqnozu
 
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə,   noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı   əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox  olacaq. Noyabr ayının ilk  günlərində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.                                         
 
Naxçıvan  Muxtar   Respublikasında  havanın orta aylıq  temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 isti, bəzi günlərdə 0-5 şaxta, gündüzlər   10-15, bəzi günlərdə 5-8 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma  18-28 mm) olacaq.             
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.