Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » XXI əsrin 44 günlük zəfəri

XXI əsrin 44 günlük zəfəri

                                          
 
44 gün sürən və təpədən-dırnağa vətənə, torpağa ehtiram olunan eşq,  qələbə sevinci, ikinci Qarabağ savaşı Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı. O sevinc ki, ömür boyu Azərbaycan xalqının qəlbində bir ömür boyu silinməyərək iz buraxdı.
Ölümü gözə alan, bir an belə ölümdən qorxmayan mübariz azərbaycan igid oğulları yağı düşmən qarşısına çıxaraq xalqının döyüşkən, şücəhətli bir xalq olmasını qanları, canları bahasına sübüt edib, şəhidlik zirvəsinə qovuşub, qazilik şərəfinə nail oldular. 
Hansı ki, onlar Ana vətəninə, doğma torpağına məhəbbət bəsləyən, ruhu kimi bağlı olanlardır. 
44 gün ərzində hörmətli prezidentimizin şəxsi təşəbbüsü, himayədarlığı, arzusu və təşkilatçılığı ilə hər an, hər dəqiqə döyüşkən xalqının cəngəvar ordusunu öz dəmir yumruğu altında toplandı. Bu günlərdə hər bir Azərbaycan vətəndaşı güvənərək, seçdiyi Ali Baş Komandanımızın xalqının yanında duracağını bir an belə şübhə etmədi. Xalq qələbə çalacağına inanırdı. Çünki güclü dövlətin, güclü lideri, etibarlı, sözünün eri olan və dünyanı lərzəyə gətirən  sərkərdəsi, Ali Baş Komandanı vardır. 
44 gündə xalqın qəlbi  minnətdarlıq hissi ilə döyünür. Eyni zamanada xalqa  bu   sevinc göz yaşlarını və  hər kəsə qələbə sevincini yaşadan Azərbaycan mübariz ordusuna, yenilməz Sərkərdəsinə ürək sözünü çatdırmağa tələsirdi. Xalq öz sədaqətli, yenilməz, mərd Ali Baş Komandanına ünvanlanan minlərlə məktubda minnətdarlığ, qürur, fərəh, sevinc  hisslərini  yazırdı.
Bu gün qələbəmiz sayəsində Qarabağ (Şuşa, Xankəndi,Ağdam) səmalalarında şəhidlərimiz ruhu şad-firəvan, azad dolaşır.
 Erməni vandalizmi Qarabağa sahiblənmək arzusunda olsalarda, haqq- ədalət öz yerini tapdı. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, igid aslanların mübariz döyüş gücü sayəsində torpağlarımız azadlığa qovuşdu.
Ali Baş Komandan hər çıxışında vurğulayır: döyüşlərin şiddətli xarakter olmasına, qarşı tərəfin müqavimət göstərməsinə baxmayaraq Azərbaycan Ordusu 44 gün ərzində mübariz, şücaət nümayiş etdirib. Bu qəhrəmanlıq  nümunəsi   ölməzlik, cəsarət əzm sayəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə 300 yaxın kənd, çoxsaylı strateji yüksəkliklər tapdağından azad edildi. 
Bununla kifayyətlənməyən mübariz ordumuz Azərbaycanın döyününən ürəyi, Qarabağın göz nuru olan Şuşa şəhəri, bir neçə gündə 70 yaxın kənd, 8 yüksəklik qəsibkar erməni ordusunun əlindən alınaraq, qarşı tərəfə diz çökdürüb, onun zəifliyini, muzdlu ordusunun qorxaqlığını dünyaya medyası qarşısında əyani şəkildə isbat etdi. Qarşı tərəfin məğlubedilməzliyi barədə 30 ildən çox formalaşdırılan mifiya 44 gündə dağıdıldı. Azərbaycan ərazi bütövlüyü tamamlandı.    Sübüt olundu ki, Azərbaycanın istəyi olmadan Qarabağla bağlı heç bir qərar verilə bilməz. Ərazisi çox böyük olan  Ağdam, Kəlbəcər, Laçını itgi vermədən, qan tökülmədən geri verilməsi reallaşdı. Hocavənd, Şuşa şəhəri o cümlədən Hadrut qəsəbəsi, Laçının, Kəlbəcərin qaytarılması və Qarabağa gedən bütün strateji yollar, dağ və dağ ətəyi yüksəkliklər, komnikasiya xətləri 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi ilə tamamlandı.
Onu da qeyd edək ki, müzəffər ordmumuzun qələbəsi, qarşı tərəfin qalibiyyətsizliyi dünya miqyasında Ermənistan xalqının qorxaqlığı, ürkəkliyi  bir daha ön plana qoyuldu. Lakin mübariz Azərbaycan ordusu bütün bu məsələləri yalnız və yalnız doğma torpağlarını, el-obalarını ərazi bütövlüyü prinsipinə əsasən həyata keçirirdi. 
Bu şərəfli yolda öz salığların bir an düşünmədən canlarını siper edən qazilərimizə Allahdan şəfa edirik. Şəhid qardaşlarımızın ruhu qarşısında baş əyir, onları  böyük sevgi və ehtiramla anırıq. Şərəfli ailələrinə Tanrıdan səbr diləyirik. Bu gün, biz bir vətəndaş olaraq sevincimizi şəhidlərimizə və qazilərimizə borcluyuq.
Tanrı xalqımızı, xalqının hər an, hər saniyə başının üzərində dayanan və dəmir yumruğu ətrafında birləşdirən,  Ali Baş Komandanını  qorusun!
Ali Baş Komandanın   dediyi kimi: Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyidir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. 
Bəli, bir sözlə Qarabağ Azərbaycandır. Biz isə bütöv Azərbaycan Respublikasının bahadur vətandaşlarıyıq.
         
 
                                                                                   Filologiya üzrə fəlsəfə doktoru, 
                                                                                dosent Türkan Əsgərova           
 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.