Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Azərbaycan yeni hədəflərlə çıxış edib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Azərbaycan yeni hədəflərlə çıxış edib

Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Pariş Sazişindən sonra 5 illik dövrün nəticələri müzakirə edilir.
ETSN-in Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı bildirib ki, konfrans çərçivəsində Azərbaycanın nümayəndə heyəti Qlobal Ekologiya Fondunun icraçı direktoru, Dünya Təbiəti Mühafizə İttifaqının  rəhbəri və İslam İnkişaf Bankının prezidenti, həmçinin Yaşıl İqlim Fondunun rəhbərliyi, Səhralaşmaya qarşı Konvensiyanın Baş Katibi, Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi və İqlim Dəyişmələri üzrə Hökumətlərarası panelin sədri ilə görüşüb.
“Konfransda “Yaşıl İqtisadiyyat”a keçid istiqamətində  qəbul olunmuş inkişaf proqramları, iqtisadiyyatın sürətlə inkişaf etməsinə baxmayaraq ölkəmizin qlobal emissiyalarda payının çox cüzi, 0,15 faiz təşkil etməsi haqqında məlumatlar verilib. 
Qlobal səylərə öz töhfəsini vermək məqsədilə Azərbaycan Konfransda yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək   azalmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb. 
Konfransda həmçinin, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün Azərbaycanda erkən xəbərdarlıq sisteminin yaradılması məqsədilə hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi barədə məlumat verilib”.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.