Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » 2021-ci il OKTYABR ayına olan hava proqnozu

2021-ci il OKTYABR ayına olan hava proqnozu

 Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə,  oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı  əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox  olacaq.                                           
 
Bakıda  və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-40 mm) olacaq.                           
 
Naxçıvan   Muxtar  Respublikasında  havanın   orta aylıq  temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 18-23, bəzi günlərdə 26-28 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox (norma  19-32 mm) olacaq.             
 
Şərqi Zəngəzur və Qarabağ bölgəsində  havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu  3-8 isti, gündüzlər  9-14,  dağlıq ərazilərdə gecə 3-8 şaxta,   gündüz   1 dərəcə şaxtadan 4 dərəcəyədək   isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox  (norma 49-56 mm) olacaq.                            
 
Qazax- Gəncə zonasında   havanın orta aylıq temperaturunun   14-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14, gündüzlər   16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan   (norma  31-61 mm) bir qədər  çox olacaq.                                           
 
Balakən-Şəki zonasında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 isti, gündüzlər  13-18, bəzi günlərdə 20 dərəcə isti, dağlarda gecə 1-5 isti, bəzi günlərdə 2-6 şaxta, gündüz 5-8 isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-126 mm) olacaq.                                           
 
Mərkəzi-Aran zonasında havanın orta aylıq temperaturunun   15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu  11-16, gündüzlər  17-22, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-46 mm) olacaq.                                           
 
 Lənkəran- Astara  zonasında havanın orta aylıq temperaturunun  11-16  dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilndədir. Gecələr havanın temperaturu 10-15, gündüz 17-22 isti, bəzi  günlərdə 25 isti, dağlarda gecə 3-7,   gündüzlər  7-12 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər cox  (norma 96-274 mm)  olacaq.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.