Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid nəşr iki dildə çapdan çıxıb

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid nəşr iki dildə çapdan çıxıb

 
                                                 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları” mövzusunda iki dildə - Azərbaycan və ingilis dillərində nəşr hazırlanıb. Nəşrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisi, əhalisi və əhalinin tərkibi xəritələrlə verilib. Eyni zamanda nəqliyyat infrastrukturu - əsas avtomagistral yolları, mövcud və layihələndirmə-bərpa mərhələsində olan dəmiryol xətləri və hava limanları sxematik şəkildə göstərilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mineral resurslar və dağ-mədən sənayesi imkanları təsvir edilib. Ərazinin turizm xəritəsi həm mədəni, həm də ekoturizmi əhatə edir. 
Nəşrdə Şərqi Zəngəzurda əkin sahələrinin proqnozlaşdırılan strukturu təqdim olunub və göstərilib ki, ərazidə taxıl, tütün, kartof, bostan-tərəvəz, meyvə, giləmeyvə, üzüm və yem bitkilərinin istehsalı üçün imkanlar var. Eyni zamanda çoxillik əkmələrin strukturu və bitkiçilik məhsullarının istehsalı hər bir rayon üzrə ayrıca təqdim olunub.    
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları” mövzusunda nəşr həm yerli, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılması, xüsusən də xarici investorların Qarabağ və Şərqi Zəngəzura cəlb edilməsi baxımından əhəmiyyətlidir.  “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları” mövzusunda nəşrin Azərbaycan variantı ilə bu linkdə https://bit.ly/3m40khe, ingilis variantı ilə isə bu linkdə https://bit.ly/3AQ2erQ tanış olmaq mümkündür. 
Zənurə Talıbova, 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Kommunikasiya Departamentinin rəhbəri.
 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.