Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, 27 Sentyabr Azərbaycan Respublikasında Anım Günü ilə bağlı XİN-də keçirilmiş anım tədbiri barədə məlumatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, 27 Sentyabr Azərbaycan Respublikasında Anım Günü ilə bağlı XİN-də keçirilmiş anım tədbiri barədə məlumatı


27 Sentyabr 2021-ci il tarixində, Xarici İşlər Nazirliyində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan əsgər və zabitlərimizin, eləcə də mülki vətəndaşlarımızın xatirəsi yad edilib
XİN-in rəhbər heyəti, o cümlədən  nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, struktur-bölmə rəhbərləri habelə vətən müharibəsi iştirakçısı, Müdafiə Nazirliyinin nümayəndəsi iştirak ediblər.
Anım tədbiri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanatının səsləndirilməsi ilə başlayıb.
Daha sonra çıxış edən nazir müavini Xələf Xələfov Ermənistan Respublikasının təcavüzkar siyasəti, Ermənistanın işğalçılıq siyasəti çərçivəsində davam edən hərbi təxribatları,   Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi Şanlı Qələbəyə aparan yol, dövlət başçısının hərbi, diplomatiya və informasiya sahələrində parlaq qələbəsi, hərb meydanında qazanılmış zəfərin beynəlxalq münasibətlərin  reallığına çevrilməsi üçün siyasi və diplomatik səylərin davam etdirilməsi barədə danışıb.
Müdafiə Nazirliyinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, polkovnik Elşad Əbilov İkinci Qarabağ Müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirakı ilə bağlı fikirlərini, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlığı ilə bağlı məlumatı tədbir iştirakçıları ilə bölüşüb.
Nazir müavini Xələf Xələfov Vətən Müharibəsi iştirakçısı polkovnik Elşad Əbilovun Qələbə rəmzi olan Xarı Bülbül keramik heykəlini təqdim edib.
Tədbirin sonunda Vətən müharibəsinə həsr olunmuş video-çarx nümayiş edilib.
Xarici İşlər Nazirliyinin rəhbər heyəti saat 12:00-da Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib.
Video görüntülər: https://youtu.be/UeXDEkcqGxc 





Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.