Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » “Rebuild Karabakh” sərgisi Qarabağ Dirçəliş Fonduna dəstək verəcək

“Rebuild Karabakh” sərgisi Qarabağ Dirçəliş Fonduna dəstək verəcək

20-22 oktyabr 2021-ci il tarixlərində ilk dəfə Bakıda Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgisi keçiriləcək. İqtisadiyyatın müxtəlif sahələrindən yerli və xarici şirkətlərin sərgiyə olan marağı göstərir ki, “Rebuild Karabakh” sərgisi 2021-ci ildə Azərbaycanda sərgi sənayesinin ən əhəmiyyətli hadisəsinə çevriləcək. Qeyd edək ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısı olan “Caspian Event Organisers” (CEO) şirkəti “Rebuild Karabakh” sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini  işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edəcək.
Məlumat üçün bildirək ki, yaxın günlərdə   "Caspian Event Organisers" şirkəti ilə Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov:
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən sonra, azad edilmiş torpaqların bərpası ilə bağlı qarşımızda mühüm vəzifələr durur. Qarabağın bərpası və yenidənqurulması ilə bağlı dövlət qurumlarının, yerli və xarici şirkətlərin layihələrini və strategiyalarını təqdim etmək üçün bir araya gətirəcək “Rebuild Karabakh” sərgisinin təşkilində böyük həvəslə çalışırıq. İştirakçılar Qarabağ Dirçəliş Fondunu dəstəkləmək qərarımızı çox müsbət qarşıladılar. Bununlada sərgidə iştirak edən hər bir şirkət böyük bir işə öz töhfəsini verəcək. Fonda ediləcək ianə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması ilə bağlı vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərə əlavə dəstək olacaqdır.”
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev: 
“Torpaqların işğaldan azad edilməsi Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi faktını üzə çıxardı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu, bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün əlçatan və vahid platformadır. Qeyd etmək istərdim ki, 20-22 oktyabr tarixlərində ilk dəfə keçiriləcək Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" (Rebuild Karabakh) sərgisi  işğaldan azad edilən ərazilərin bərpası istiqamətində aparılan işlərə böyük töhvə verməklə yanaşı, Qarabağ həqiqətlərini daha geniş kütləyə nümayiş etdirmək imkanı da yaradacaq. Qarabağ Dirçəliş Fonduna edilən ianələr Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində infrastrukturun, yaşayış evlərinin və mədəni-tarixi abidələrin bərpa və yenidən qurulmasına, ekoloji vəziyyətin yaxşılaşdırılması və sosial rifahın yüksəldilməsinə yönəldiləcəkdir. 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgisində bütün iştirakçılara bu mühüm missiyaya qoşulduğu üçün təşəkkür edir, uğurlu və məhsuldar iş arzulayıram.”

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.