Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin, nazir Ceyhun Bayramovun ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirilmiş görüşünə dair məlumatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin, nazir Ceyhun Bayramovun ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirilmiş görüşünə dair məlumatı


30 iyul 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb. Görüşdə, həmçinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti iştirak edib.

Görüşdə nazir Ceyhun Bayramov müstəqillik tariximizin ən önəmli dövrünü yaşadığımızı qeyd edərək, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda apardığımız Vətən müharibəsi nəticəsində şanlı Zəfərin əldə olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edib, habelə qüdrətli Ordumuza fəxarətlə istinad edərək, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin ruhu önündə baş əydiyimizi vurğulayıb.

Nazir yeni səfir təyinatları münasibətilə həmkarlarını təbrik edib.

Ceyhun Bayramov müasir dövrün çağırışları fonunda, hazırkı post-münaqişə mərhələsində ölkəmizin milli maraqları əsasında dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursu çərçivəsində qarşımızda duran əsas məqsəd və vəzifələr, o cümlədən əldə edilmiş Zəfərin möhkəmləndirilməsindən bəhs edib. Nazir, dinamik şəkildə dəyişən mövcud vəziyyətdə AR diplomatik nümayəndəliklərinin əsas fəaliyyət istiqamətləri barədə danışıb. Ceyhun Bayramov eyni zamanda, diplomatik nümayəndəliklərin rəhbərlərinə müxtəlif istiqamətlərdə fəaliyyət səmərəliliyinin artırılması üzrə görülmüş işlər barədə məlumat verib, onlara bu xüsusda məsləhət və tapşırıqlarını verib.





Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.