Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Bu gün Beynəlxalq Pələnglər Günüdür

Bu gün Beynəlxalq Pələnglər Günüdür

Hər il iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Bu gün 2010-cu ilin noyabrında Sankt-Peterburqda pələnglərin qorunması məsələləri üzrə hökumət başçılarının iştirakı ilə keçirilən “Pələng sammit”ində təsis olunub. Pişikkimilər fəsiləsinin növü olan pələngin sayı, təəssüf ki, son yüzillikdə getdikcə azalıb. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib.
O qeyd edib ki, Azərbaycanda isə pələngə (Turan pələngi) 1932-ci ilə qədər ölkəmizin əsasən cənub hissəsindəki düzənlik meşələrdə, Kür-Araz ovalığında rast gəlinib. Hazırda Turan pələngi yer üzündən silinmiş yarımnövlər siyahısına daxildir. 
“Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında pişikkimilər fəsiləsindən olan bəbirin mühafizəsi xüsusi yer tutur.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA  İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun ölkə ərazisində pişikkimilərin populyasiyasının bərpası proqramı çərçivəsində keçirdikləri monitorinqlər zamanı ölkənin müxtəlif areallarında bəbirlərin sayında artımın müşahidə olunduğu və davamlı populyasiyasının   yarandığı foto-tələlər vasitəsilə sübuta yetirilib”.
Xidmət rəsmisinin sözlərinə görə, son illərin tədqiqatları Azərbaycanda bəbir populyasiyasının Hirkan meşələri, Naxçıvan MR ərazisi və Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda yayıldığını göstərir.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.