Azərbaycanca Russin English
İsti xəbərlər:
» Oktyabrın 20-nə hava proqnozu» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Piriz ilə görüşünə dair məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonye arasında keçirilmiş görüşə dair məlumatı» “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 19-a çatdı» Oktyabrın 19-una hava proqnozu» Oktyabrın 18-nə hava proqnozu» Oktyabrın 17-də hava şəraiti» Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq» Oktyabrın 16-da gözlənilən hava şəraiti» Oktyabrın 15-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilmiş üçtərəfli görüşə dair məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Oktyabrın 14-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Serbiya Prezidenti tərəfindən qəbul olunması ilə bağlı məlumatı» Oktyabrın 13-də gözlənilən hava şəraiti» Daxili bazar araşdırması mexanizmi yerli istehsalı stimullaşdırır» Oktyabrın 12-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pilleler » Xəbərlər » Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya Həftəsi”nin 2-ci həftəsinə dair məlumatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya Həftəsi”nin 2-ci həftəsinə dair məlumatı


22-29 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda Diplomatiya həftəsinin ikinci həftəsi baş tutub.
 
Diplomatiya həftəsinin 7-ci günündə 22 iyul tarixində layihə iştirakçılarının Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və CBC TV-nin baş direktoru Vüqar Xəlilov ilə görüşüb və media ilə əməkdaşlıq, xüsusilə də Vətən müharibəsi zamanı xarici mətbuatla iş məsələlərini müzakirə ediblər.
 
23 iyul tarixində, layihənin növbəti günündə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Kamal Cəfərov ilə görüşən tədbir iştirakçıları Azərbaycanın parlament diplomatiyası barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda, iştirakçıların Azərbaycan Respublikasının Milli Məclisinə səfəri baş tutub. Milli Məclisin nəzdində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub və Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayevin çıxışı dinlənilib.
 
26 iyul tarixində, layihə iştirakçıları Birinci Fəxri Xiyabanı ziyarət edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad ediblər. Eyni zamanda, iştirakçılar Bakıdakı Türk Şəhidliyini, Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabanı ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini hörmətlə anıblar.
 
Layihənin 10-cu günündə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyevin, həmçinin Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun iştirakçılarla görüşü baş tutub. İştirakçı gənclər Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunması, Latın Amerikası ölkələri ilə münasibətlərimizə barədə
məlumatlanıblar. Eyni zamanda, iştirakçılar məşhur fotoqraf Reza Deqati ilə görüşüblər.
 
28 iyul tarixində layihənin 11-ci günündə tədbir iştirakçıları, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə səfər ediblər, Nazirlikdə Konsulluq idarəsinin rəisi Emil Səfərov, habelə Mətbuat xidməti idarəsinin rəis müavini İlahə Novruzova ilə görüşlər keçiriblər.




Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.