Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Bəzi dağ çaylarından sel keçmiş, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsmişdir. ..

Bəzi dağ çaylarından sel keçmiş, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsmişdir. ..

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin  əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində  hava şəraiti dəyişmiş, bəzi yerlərdə şimşək çaxmış, arabir  leysan xarakterli yağış yağmış, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enmişdir. Yağan leysan yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qanıx çaylarında sululuq artmış, bəzi dağ çaylarından sel keçmiş, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsmişdir. 
Düşən yağışın miqdarı: Ləzədə 27 mm (Qusar, aylıq normanın 91 %-i), Qrızda 12 mm, Kişçayda (Şəki) 11 mm, Gəncədə 10 mm, Xınalıq, Quba, Tovuz, Qusarda 9 mm, Balakən, Oğuzda 8 mm,  Nabranda 7.0 mm,  Zaqatalada 6 mm,  Mingəçevirdə 4 mm, Çeyrançöldə 3 mm, Qəbələ, Sarıbaş (Qax), Şabran, Yevlax, Şəki, Şəmkir, Göygöl, Bərdədə 2 mm,  Naxçıvan, Şahbuz, Ağdərə (Ordubad), Daşkəsən, Naftalan, Ağstafa, Gədəbəy, Balakən, Qobustan, Altıağac, Xaltan, Salyan, Kürdəmir, Zərdab, Göyçay, Sumqayıt, Bakı, Maştağada 1 mm-dək olmuşdur. 
Dolu: Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm,    Plankəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xirda dənəli dolu yağmışdır.  
Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Naftalan, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Salyan, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvanda 18 m/s, Şabran, Şirvanda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.0  metrə çatmışdır.
 

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosu.



Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.