Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Regionlarda yeni KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

Regionlarda yeni KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

 
                                                                                                                              

Ölkə regionlarında fəaliyyət göstərən biznes subyektlərinin və öz biznesini qurmaq istəyən potensial sahibkarların bilik və bacarıqlarının artırılması üçün KOB inkişaf mərkəzlərinin (KOBİM-lər) coğrafiyası genişləndirilir. 
Yeni KOB inkişaf mərkəzlərinin ünvanları və digər əlaqə vasitələri barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytından (https://smb.gov.az/az/nav/kob-inkisafi-merkezleri) və ya mərkəzlərin vahid internet səhifəsindən – http://www.kobim.az əldə etmək olar. 
KOBİA-nın strukturuna daxil olan KOBİM-lər sahibkarlara biznesyönümlü təlim və məsləhət xidmətləri göstərir, KOB-ların şəbəkələşməsinə, biznes üçün mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də KOBİA-nın dəstək alətləri barədə məlumatlandırmanı təmin edir.  
Müxtəlif bölgələrdə sahibkarlıq fəaliyyətinə maraq göstərən və bu istiqamətdə məsləhət xidməti və təlimlərə ehtiyacı olan potensial sahibkarlar, o cümlədən qadınlar, biznes ideyası olan gənclər və ailə biznesini qurmaq istəyənlər, eləcə də bizneslərini inkişaf etdirmək istəyən KOB-lar mərkəzlərin dəstək və xidmətlərlərindən yararlana bilərlər.
KOB inkişaf mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.