Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşünə dair məlumatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşünə dair məlumatı




Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşünə dair məlumatı

26 iyul 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

Nazirlər arasında təkbətək formatda başlayan görüş daha sonra geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Görüşdə Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Qarşı tərəfi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanın Serbiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. O, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, xüsusilə də dövlət rəhbərləri arasındakı mehriban münasibətlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan və Serbiya münasibətlərinin təməlində beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə hörmət və riayət dayandığı ifadə olunub.

Nazir Nikola Selakoviç Azərbaycanı yalnız strateji tərəfdaş deyil, səmimi və açıq dostluq münasibətlərinin bölüşüldüyü ölkə kimi qiymətləndirdi. Nazir Selakoviç Azərbaycan Respublikasının Prezidenti ilə keçirilmiş görüşə və aparılmış müzakirələrə məmnunluqla istinad edib. O, beynəlxalq hüquq öhdəliklərimizi və bölüşdüyümüz dəyərləri qeyd edərək, hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayıb.

Nazirlər, ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar, turizm və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının, onun ardınca isə
Azərbaycan-Serbiya biznes forumunun Bakıda keçiriləcəyi qeyd olunub, bu tədbirlərin ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyindən inam ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan post münaqişə mərhələsi barədə, o cümlədən azad olunmuş ərazilərdəki vəziyyət, mina təhlükəsi, həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında məlumat verib. Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının zəruri olduğunu bildirib.

Nazirlər Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə bu ilin oktyabr ayında Belqrad şəhərində Hərəkatın ilk zirvə görüşünə ev sahibliyi edən ölkə qismində Serbiya, Hərəkatın hazırkı sədri qismində Azərbaycan tərəfindən tədbirin təşkil ediləcəyini və bu xüsusda aparılan hazırlıq işlərini məmnunluqla qeyd ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.