Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » "Təmiz hövzələr" aksiyasına start verildi

"Təmiz hövzələr" aksiyasına start verildi

"Təmiz hövzələr" aksiyasına Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən başlanılıb.Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının vəekokönüllülərin də cəlb edildiyi birgə aksiyada Kürün bir  hissəsində təmizləmə işləri aparılıb, çay hövzəsinin 15 kilometrdən artıq sahəsi sintetik torlardan və  plastik tullantılardan təmizlənib. 
Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə ölkənin su hövzələrində bu cür tədbirlər daha da intensivləşdiriləcək.
"Sintetik torların toplanması qadağan olunmuş vasitələrlə balıq ovu edənlərə daha bir xəbərdarlıqdır və əsas hədəf geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək, onların artırılmasına nail olmaqdır".
B.Məhəmmədov əlavə edib ki, su hövzələrinin çirkləndirilməsi, plastik tullantıların  su axarlarına atılması da bioresursların məhvinə səbəb olur.
"Buna görə də sututarlarını zibilləməmək, qadağan olunmuş alətlərlə balıq ovlayanları bu işlərdən çəkindirmək hər birimizin borcu və vəzifəsi olmalıdır. "Təmiz hövzələr" aksiyasında yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib”.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.