Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Bakı Dövlət Sirkində sirk korifeyləri ilə görüş keçirilib.

Bakı Dövlət Sirkində sirk korifeyləri ilə görüş keçirilib.


Bakı Dövlət Sirkində “Dünya sirk günü” ilə bağlı görüş keçirilib. Görüşdə Azərbaycan sirk sənətinin tanınmış ustaları və Bakı Dövlət Sirki orkestrinin üzvləri iştirak ediblər.Hər il aprel ayının 3-cü şənbə günü dünyada “Beynəlxalq sirk günü” kimi qeyd edilir. Əlamətdar gün 2009-cu ildə Avropa Sirk Assosiasiyası və Dünya Sirk Federasiyasının təşəbbüsü ilə təsis edilib. Bir çox ölkədə qeyd olunun bu günün məqsədi dünya mədəniyyətində sirk sənətinin yerini, bu sənətin mədəni irsə töhfələrini diqqətə çatdırmaqdır. Müasir dünyada sirk sənəti ölkələrin milli mədəniyyətinin mühüm bir hissəsini təşkil edir.Bir sıra ölkələrin sirkləri isə konkret ölkə sərhədlərini aşaraq, dünya mədəniyyəti nümunəsi səviyyəsinə çatıb. Bu ölkələrdə sirk sənəti özünəməxsus, milli çalarlara malik olsa da, klassik sirk ənənələrini də saxlayıb.Azərbaycanda da sirk sənətinin zəngin tarixi var. Ölkəmizdə bu sənətin ənənələri hələ qədim meydan tamaşalarında təşəkkül tapsa da, peşəkar sirk sənəti milli mədəniyyət nümunəsi olaraq 80 ilə yaxın tarixə malikdir. 1945-ci ildə Bakıda ilk sirk kollektivi yaradılıb, 1946-cı ildə ilk milli sirk tamaşaları nümayiş etdirilib.Azərbaycan sirkinin korifeylərinin iştirak etdiyi görüşdə ölkəmizdə sirk tarixi, əldə edilmiş nailiyyətlər və Azərbaycan sirkinin müasir çağırışlara uyğun yenidən təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə sirk sənətinin inkişafı istiqamətində geniş tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, məqsəd milli ənənələrlə müasirliyin sintezi əsasında müasir sirkin təşkilidir.#MinistryforCulture#MədəniyyətNazirliyi#Azerbaijan#Azərbaycan#culture#mədəniyyət#sirk



Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.