Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Aşıq Ələsgərin 200 illiyi ilə bağlı tədbirlər keçirilib

Aşıq Ələsgərin 200 illiyi ilə bağlı tədbirlər keçirilib


Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Gədəbəy Aşıq Məktəbində ustad dərsləri, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində aşıq sənətinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aşıq sənəti kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Aşıqlar Birliyinin (AAB) üzvü Hafiz Kərimovun iştirakı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla təşkil edilən ustad dərsləri aprelin 13-də gerçəkləşib.
Ustad dərsləri çərçivəsində iştirakçılara notlarla bağlı zəruri məlumatlar verilib. İştirakçılar aşıq sənətində notlardan istifadə olunması və öyrənilməsi mövzusunda belə ustad dərslərin davam etdirilməsi ilə bağlı fikirlərini bildiriblər.
***
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans 14 aprel tarixində baş tutub.
Konfransa AMEA-nın Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Urmiya Universiteti Ədəbiyyat İnstitutunun Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mirəli Rizai, Konya Mədəniyyət Turizm Birliyinin üzvü, Konya Aşıqlar bayramının təşkilatçısı Arif İnan Yıldırım (Türkiyə), L.N.Qumilev adına Avrasiya Milli Universiteti “Otırar kitabxanası” Elmi Tədqiqat Mərkəzinin baş elmi işçisi Erkegül Arykkarkızı (Qazaxıstan), Qırğızıstan-Türkiyə Manas Universitetinin Təsviri incəsənət fakültəsinin müəllimi Sebahattin Sivrikaya, AAB-üzvü Hüseyn Dəryahquliyev (Qazax rayonu), AAB-nin Gəncəbasar bölgəsi üzrə sədr müavini, Gəncə Musiqi Kolleci və Z.Qayıbov adına Uşaq musiqi məktəbinin saz ixtisası üzrə müəllimi İlqar Nəcəfov, ADMİU-nun Aşıq sənəti kafedrasının baş müəllimi Hafiz Kərimov, Gədəbəy Aşıq Məktəbinin direktoru, AAB və AYB üzvü Etibar Əliyev, Əməkdar mədəniyyət işçisi, ustad aşıq İmamverdi Mustafayev, Gədəbəy rayonu Arısu kənd məktəbinin direktoru Rauf Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, Şəmkir Regional Mədəniyyət İdarəsinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin MEMİM-in əməkdaşları qatılıb.
Konfransda Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına töhfələri, habelə Türk dünyası aşıq sənətinə təsiri haqqında fikir mübadiləsi aparılıb.
İştirakçılar aşıq sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı çıxışlar ediblər. Aşıq sənətinin Türk dünyasını mənəvi bağlarla birləşdirən ən önəmli amillərdən biri olduğu xüsusilə vurğulanıb.



Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.