Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ombudsman Səbinə Əliyeva səfir Erkan Özoralı qəbul edib

Ombudsman Səbinə Əliyeva səfir Erkan Özoralı qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
Ombudsman görüşdə Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə mütəmadi inkişafda olan sıx əlaqələrin məmnunluq doğurduğunu qeyd edib. S. Əliyeva Vətən müharibəsi dövründə Türkiyənin dövlət və xalq səviyyəsində ölkəmizə dəstək nümayiş etdirməsinin önəmini vurğulayıb. Ombudsman həmin dövrdə Türkiyə səfirliyinin işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan haqlı mübarizənin, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrinə etdiyi hücumların dünya ictimaiyyətinin diqqətinə çatıdırılması istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib. 
S. Əliyeva Türkiyə Ombudsman İnstitutu ilə səmərəli əməkdaşlıq, Türkiyə Baş Ombudsmanı Şərəf Malkoçun 44 günlük müharibənin gedişində və müharibədən sonra Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, insan hüquqlarının pozulması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətə diqqət çəkib. Görüşdə Ombudsman eyni zamanda Türkiyə Baş Ombusmanının dəvəti ilə bu yaxınlarda Türkiyəyə etdiyi səfər zamanı ölkənin yüksək rütbəli dövlət rəsmiləri ilə keçirdiyi məhsuldar görüşlər barəsində danışıb. 
Öz növbəsində səfir Erkan Özoral fəaliyyət dövrü ərzində səmərəli əməkdaşlığa görə Ombudsmana təşəkkürünü bildirib. O, iki ölkə arasında müxtəlif sahələr, o cümlədən insan hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın inkişafının mühüm önəm kəsb etdiyini vurğulayıb. E.Özoral Azərbaycanda səfir olduğu müddətdə qardaş xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməkdən, Vətən müharibəsinin Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnməsinə şahidlik etməkdən qürur duyduğunu qeyd edib. 
Mətbuat xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.