Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Nazir Anar Kərimov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb

Nazir Anar Kərimov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb


Aprelin 13-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 
Səfiri salamlayan Anar Kərimov, iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından söz açaraq, Erkan Özoralın diplomat kimi bu prosesdə fəaliyyətini xüsusi vurğulayıb.  
Tarixi zəfərlə nəticələnən Vətən müharibəsində Türkiyənin ölkəmizlə həmrəyliyini diqqətə çatdıran nazir Azərbaycanın haqq işinə Türkiyə dövlətinin və xalqının hərtərəfli dəstəyinə görə minnətdarlığını ifadə edib. 
Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin bu yaxınlarda qardaş ölkəyə səfərini xatırladan Anar Kərimov Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində əldə edilən Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində Türkiyə ilə işbirliyi böyük əhəmiyyət kəsb edir. 
Səmimi qəbula görə təşəkkürünü bildirən Erkan Özoral, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində uğurlu inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan üçün çox önəmli bir dövrdə burada səfir qismində çalışdığını, ölkəmizin tarixi Zəfərinə şahidlik etdiyini deyib.
Azərbaycanın apardığı mübarizəyə Türkiyənin ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirən diplomat bunu ölkələrimiz arasındakı sarsılmaz münasibətlərin təzahürü kimi qiymətləndirib. 
Erkan Özoral bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasında əlaqələrin inkişafında fəal iştirak edəcəyini qeyd edib.
Sonda nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan Erkan Özorala gələcək fəaliyyətində uğurlar arzulayıb.



Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.