Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşünə dair məlumatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşünə dair məlumatı


9 aprel 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.
Nazir Ceyhun Bayramov cari ilin 31 mart tarixində videokonfrans formatında təşkil olunan qeyri-formal Zirvə görüşünün uğurla keçirildiyini qeyd etdi. Türk Şurasının yüksək səviyyəli toplantısının hər zaman olduğu kimi dostluq, qarşılıqlı anlaşma və dəstək çərçivəsində keçirildiyi vurğulandı.
Baş katib Bağdad Amreyev pandemiya səbəbindən Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılan Zirvə görüşünün videokonfrans formatında keçirildiyini və bu toplantının türkdilli dövlətlər arasında mövcud olan həmrəyliyi bir daha yüksək səviyyədə nümayiş etdirdiyini bildirdi.
Türk Şurasının Bakıda keçirilən informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına istinad edən Baş katib, bu sahədə üzv ölkələrinin əməkdaşlğının genişləndirilməsinin əhəmiyyətini vurğuladı.
Tərəflər, həmçinin Türk Şurası çərçivəsində müxtəlif sahələrdə həyata keçirilməsi planlaşdırılan tədbirlər, təşkilatın qarşıdan gələn Istanbul Zirvə görüşünə hazırlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.