Azərbaycanca Russin English
İsti xəbərlər:
» İyunun 02-də» İyunun 01-də» 2023-cü il IYUN ayına olan hava proqnozu» Mayın 31-də» Mayın 29-da» Havanada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib» Mayın 26-da» Mayın 25-də» Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərh» Mayın 24-də» Azərbaycan vətəndaşları Suriyadan repatriasiya olunub» YADDAŞLARA KÖÇƏN İNSAN» Mayın 18-də» Yazığım gəlir» Ermənistan tərəfindən növbəti hərbi təxribatlar barədə mətbuat məlumatı» Mayın 11-də» Kitablarımın, Milli Kitabxananın saytında olan linkləri.» Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib» Mayın 04-də» Berlində “Azərbaycan və Avropanın enerji təhlükəsizliyi” mövzusunda tədbir keçirilib
Pilleler » Xəbərlər » İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz olaraq nəzarət postlarından kənar yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir.
Belə ki, martın 3-ü gecə saat 4 radələrində polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 7 avtomobildə olan 11 nəfər saxlanılmış və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətiriliblər.
Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudov, N.Əmirov, C.Məmmədov, Z.Orucov, F.Alışov, A.Quliyev və S.Əsədov olmaları müəyyən edilib.
Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq 
tədbirlər görülüb.
Azərbaycan Respublikası DİN mətbuat xidməti.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.