- 27 fevral 2021
- 382
- 0
İtaliyanın Neapol və Florensiya şəhərlərində Xocali soyqırımı ilə bağlı lövhələr yerləşdirilib
Xocalı faciəsinin anılmasının 29-cu ildönümü çərçivəsində İtaliyadakı Azərbaycan İcması Assosiasiyası Neapol və Florensiya şəhərlərinin müxtəlif yerlərində Xocalı soyqırımına aid çoxsaylı lövhələr yerləşdirib. Lövhələrdə soyqırım zamanı qətlə yetirilənlərin və itkin düşənlərin sayı, bu müharibə cinayətlərinin Ermənistan tərəfindən törədilməsi faktı, habelə faciəni əks etdirən şəkillər öz əksini tapıb.