Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İtaliyanın Liveri bələdiyyəsi Xocalı soyqırımını pisləyən sənəd qəbul edib

İtaliyanın Liveri bələdiyyəsi Xocalı soyqırımını pisləyən sənəd qəbul edib

İtaliyanın Neapol şəhərinin Liveri şəhər bələdiyyəsi Xocalı soyqırımını pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib. 
Sənədin preambula hissəsində Liveri bələdiyyəsi tərəfindən 2020-ci ilin noyabr ayında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətinin pislənilməsi, BMT TŞ-nın və Baş Assambleyasının müvafiq qətnamələrininin dərhal həyata keçirilməsinə dair İtaliya hökumətinə müraciət sənədinin qəbul edildiyi xatırladılır. 
Həmçinin “Human Rights Watch” təşkilatına istinadən Xocalı soyqırımının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində “ən böyük və ən dəhşətli qətliam” olduğu, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən isə Xocalıda mülki azərbaycanlılara qarşı törədilmiş soyqırımın müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağır əməllər kimi qiymətləndirildiyi diqqətə çatdırılır.
Sənəddə 25-26 fevral 1992-ci il tarixində törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik ifadə olunub. 
Sənədin sonunda insanlıq əleyhinə cinayət olan Xocalı soyqırımının İtaliyanın aidiyyəti rəsmi qurumları tərəfindən tanınmasına çağırış edilir.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.