Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə BƏYANATI

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə BƏYANATI

Bu yaxınlarda Ermənistan Parlamentində Metsamor AES-in radioaktiv tullantılarının hərbi məqsədlər üçün istifadəsi ilə bağlı aparılan müzakirələr bizi ciddi narahat edir. Parlamentin Regional məsələlər və Avrasiya İnteqrasiyası daimi komitəsinin iclasında Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Metsamor AES-də xeyli miqdarda radioaktiv tullantı, həmçinin "sənaye tullantıları" kimi təsnif olunmayan radioaktiv yanacaq istehsal etdiyini söyləyib.
Bundan əlavə, Ermənistanın 30 ilədək müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini radioaktiv şəkildə çirkləndirməsindən də narahatlıq hissi keçiririk. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu təsdiq edir ki, Metsamor AES-in tullantıları Azərbaycanın Ağdərə və Kəlbəcər rayonlarının ərazisində basdırılması ilə bağlı məlumatlar mövcuddur. 
Müddəti bitmiş Metsamor AES yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükədir. Bundan əlavə, Cənubi Qafqazın zəlzələyə meyilli bölgəsində yerləşməsi onun fəaliyyətini daha da təhlükəli edir. AES-in ətrafında 5 tektonik qırılma var ki, bunlardan biri də stansiyadan cəmi 500 metr uzaqlıqdadır.
Beləliklə, bölgənin bütün ölkələri Çernobıl və Yaponiyanın Fukuşima Atom Elektrik Stansiyalarının aqibətini yaşamaq təhlükəsi ilə üz-üzədirlər.
Bir sıra beynəlxalq təşkilatlar da Metsamor AES ilə bağlı narahatlıqlarını vurğulayıblar. 2017-ci ildə Avropa İttifaqının Komissiyasının vitse-prezidenti Federica Mogherini sözlərinə görə: “Aİ Metsamor Nüvə Elektrik Stansiyasının (MNPP) yaratdığı risklərdən tam xəbərdardır. Bu səbəbdən, MNPP-nin sürətli bir şəkildə bağlanması və istismardan çıxarılması Aİ və Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı üçün əsas hədəf olaraq qalır. Çünki bu elektrik stansiyası beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi standartlarına cavab verəcək şəkildə təkmilləşdirilə bilməz.” 
Ancaq belə görünür ki, Ermənistan stansiyanı bağlamağı planlaşdırmır, əksinə onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılıb. 
Metsamor AES-in yarada biləcəyi bütün təhlükələri nəzərə alaraq, Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün bütün müvafiq beynəlxalq təşkilatları stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan Yanacaq İdarəetməsinin Təhlükəsizliyi və Radioaktiv Tullantıların İdarə Edilməsi Təhlükəsizliyi” haqqında Birgə Konvensiyasının, habelə AŞPA-nın 1588 saylı qətnaməsinin (2007) müəyyən etdiyi tələblərlə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görməyə çağırıram.
Səbinə Əliyeva,
Azərbaycan Respublikasının 
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).
27 yanvar 2021-ci il.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.