Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev təltif edilib

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev təltif edilib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə akademiyanın beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Rəyasət heyətinin qərarı ilə professor Çingiz Fərzəliyev, həmçinin türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə beynəlxalq “Atatürk mükafatı”na layiq görülüb.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ali məqsədi türk dili, mədəniyyəti, tarixi və ədəbiyyatını bütün dünyada təşviq etməkdir. Akademiya 30-dan çox ölkədə tanınmış universitetlər, elmi-tədqiqat institutları, müxtəlif fond və qurumlar ilə qarşılıqlı əlaqələr qurub. Akademiyanın ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Niderland Krallığı, İran, Rusiya Federasiyası, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosovo, Makedoniya, Yunanıstan və Çində rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Bu günə kimi türk dünyasının, eləcə  də digər ölkələrin yüzdən çox məşhur ziyalısı akademiyanın fəxri ad və beynəlxalq mükafatlarına layiq görülüblər.
Türk dünyasının məşhur simaları – Süleyman Dəmirəl, Nursultan Nazarbayev, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları akademiyanın fəxri ad və medalları ilə təltif olunublar. Azərbaycanın görkəmli alimləri, o cümlədən Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə, Nailə Vəlixanlı, Elbay Qasımzadə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvləridir.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.