Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Şöhlət Abbas Dünya bizim...

Şöhlət Abbas Dünya bizim...


Şöhlət ABBAS
DÜNYA BİZİM...

Dünya bizim kənd boydaydı,
Hər məhəllə - kiçik ölkə.
Məndən xoşbəxti yoxuydu,
Elə bədbəxti də bəlkə.

Hərdən qaçıb sığınardıq
Anamızın qucağına.
Xatirədən boylanıram
İndi ömrün o çağına.

Yaman nazlı-duzlu idi
Qonşumuzun qara qızı.
Dili şirin sözlü idi
İlk eşqimin yaramazı.

Üzüyola, sözəbaxan,
Hərdən tənbəl, dəcəl idik.
Hərdən azman bir qəhrəman,
Hərdən kosa, keçəl idik.

O çiçəkli, güllü günlər,
Gənclik – ömrün qızıl tacı.
Xatirələr sızlar, inlər, -
Qocalığın ehtiyacı...

Dünya bizim kənd boydaydı,
Hər məhəllə - kiçik ölkə.
Məndən xoşbəxti yoxuydu,
Elə bədbəxti də bəlkə.
Bakı, 21.01.2021.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.