Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Mətbuat xidmətinin bülletenləri | 13 Yanvar 2021 - 14:22 Vaksinlər, onların şprisləri və neft emalı zavodunun modernləşdirilməsi üçün zəruri mallar rüsumsuz idxal olunacaq

Mətbuat xidmətinin bülletenləri | 13 Yanvar 2021 - 14:22 Vaksinlər, onların şprisləri və neft emalı zavodunun modernləşdirilməsi üçün zəruri mallar rüsumsuz idxal olunacaq




Nazirlər Kabinetinin  6 № li Qərarına dair İzah
 https://nk.gov.az/az/document/5054/
 
Ölkə iqtisadiyyatının neft məhsullarına artmaqda olan tələbatını tam ödəmək, Avropa ekoloji standartlarına uyğunlaşdırılaraq daha yüksək keyfiyyətə malik neft məhsullarının istehsal edilməsi məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası işləri həyata keçirilməkdədir. Həmin layihə çərçivəsində xərclərin optimallaşdırılması məqsədilə vergi və gömrük sahəsində bir sıra tədbirlər görülmüşdür.
Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına və 2021-ci il dekabrın 31-dək Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük rüsumlarından azad olunmuşdur.
Hazırda Zavodun modernizasiyası işlərinin davam etdiyini və layihənin maliyyə yükünün artırılmasının zəruriliyini nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş bu Qərarla gömrük rüsumlarından azadolma müddəti əlavə 1 il artırılır.
Bundan başqa, koronovirus (COVID-19) pandemiyasının insan həyatına və sağlamlığına mümkün təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqedici sənədi əsasında yeni növ koronovirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı - 2021-ci il yanvarın 1-dən 2 il müddətinə rüsumdan azad edilıb.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.