Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İlk dəfə “Molla Nəsrəddin” ensiklopediyası” çap olunub

İlk dəfə “Molla Nəsrəddin” ensiklopediyası” çap olunub

        İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb çap olunub. Ensiklopediya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanıb. Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli (protokol № 3) qərarı ilə çap edilən sanballı nəşr akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görüb.
        Ensiklopediyanın baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Korrektorları Təhminə Vəliyeva və Zərin Vəliyeva, operatoru isə Şəbnəm Şəfizadədir.
        Nəşrin əsas redaksiya heyətinə Ramiz Mehdiyev, Anar, İsa Həbibbəyli, Teymur Kərimli, Vüqar Əhməd, Asif Rüstəmli, Gülbəniz Babayeva, Aygün Bağırlı və Mehman Həsənli daxildir. Əsas məqalələrin müəllifləri İsa Həbibbəyli, Asif Rüstəmli, Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, Rauf Sadıxov, Elmira Qasımova, Müştəba Əliyev, Aynurə Paşayeva, Gülnar Qasımlı, Dilbər Rzayeva, Təhminə Vəliyeva, Şəfəq Nasir və başqalarıdır.
        “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı ön sözdə akademik İsa Həbibbəyli yazır: “Molla Nəsrəddin” ensiklopediyası” Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin ensiklopedik kitabıdır”. İsa Həbibbəyli və Gülbəniz Babayevanın yazdığı “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” məqalədə   ümummilli liderin bu istiqamətdə gördüyü işlərdən bəhs edilir. 
        466 səhifəlik, ensiklopediya “Elm” nəşriyyatında çap oıunub. Məqalələr əlifba sırası ilə düzülüb. Ensiklopediyanın “Əlavələr” bölməsində jurnalın nəşr olunduğu ünvanlar və mətbəələr, redaktorları və nömrələri haqqında məlumat verilib. Həmçinin, mollanəsrəddinçilərdən bəsh edən doktorluq və namizədlik dissertasiyalarının və kitabların siyahısı da yer alıb.
        
Gülnar Səma, 
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.