Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Qazi ailəsinə dəstək işləri aparılır

Qazi ailəsinə dəstək işləri aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə bağlı dəstək tədbirləri davam edir. Bu günlərdə Nazirlik əməkdaşları müharibədə yaralanmış Hüseynzadə İman Vahid oğlunun ailəsini də ziyarət ediblər. 
Beyləqan rayonunda yaşayan ailə İmanın özü, valideynləri, qardaşı, həyat yoldaşı və azyaşlı övladından ibarətdir. Ailənin istifadəsində əkin üçün pay torpağı var. İmanın qardaşı müddətdən artıq hərbi qulluqçudur. Dəstək tədbiri olaraq qazinin atası növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Onun üçün proqram çərçivəsində heyvandarlıq təsərrüfatı yaradılacaq. 
Qazinin özünün müalicə müddəti bitəndən sonra əlilliyi qiymətləndiriləcək və əlillik təyin olunduğu halda müvafiq sosial ödənişlər alacaq. Ünvanlı sosial yardım proqramına dair qanunvericilik, sosial yardımın alınması üçün müraciət proseduru barədə ailəyə məlumat verilib. Qazi ailəsinin yaşayışı diqqətdə saxlanacaq.
AZƏRBAYCAN RESPUBLİKASI 
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN 
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.