Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Sıxılmış qazla işləyən avtonəqliyyat vasitələri havanı daha az çirkləndirir

Sıxılmış qazla işləyən avtonəqliyyat vasitələri havanı daha az çirkləndirir

Havanı daha çox çirkləndirən mənbələrdən biri hazırda avtonəqliyyat vasitələridir. Avtonəqliyyat ətraf mühitə olduqca mənfi təsir göstərir. İqtisadiyyat inkişaf etdikcə, şəhərlər böyüdükcə nəqliyyat vasitələrinin çoxalması problemi kəskin hal alır. Avtonəqliyyat vasitələrinin çoxalması nəticəsində küçələrdə yaranan tıxaclar atmosfer havasında dayanıqlı çirklənməyə səbəb olur. 
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib ki, ölkənin atmosfer havasına avtonəqliyyatdan atılan çirkləndiricilərin miqdarı 1993-cü illə müqayisədə iki dəfəyədək artıb. 
“Aparılmış hesablamalar nəticəsində məlum olub ki, eyni miqdarda benzin və dizelin yandırılması zamanı, dizel yanacağında atmosferə atılan çirkləndiricilərin miqdarı dəfələrlə çoxdur”.
V.Əliyevin sözlərinə görə avtonəqliyyatdan istifadə zamanı 1 ton  benzin yandıqda havaya azot-4 oksid 20 kq, kükürd qazı 1.6 kq, karbohidrogenlər 34 kq, bərk hissəciklər (his, qurum) 2 kq, aldehidlər (üzvü turşular) 1.4 kq atılırsa,1 ton dizel yandıqda  isə havaya azot-4 oksid 33 kq, kükürd qazı 6 kq, karbohidrogenlər 20 kq, bərk hissəciklər 16 kq, aldehidlər 6 kq atılır.           
Xidmət rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən “Baku Bus” şirkətinin istifadə etdiyi sərnişindaşıma vasitələrində sıxılmış qazdan istifadə edilməsi təqdirəlayiqdir. Belə ki, bu yanacağın yandırılması zamanı atmosfer havası digər yanacaq növləri ilə müqayisədə daha az çirklənir.
ETSN mətbuat xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.