- 1 yanvar 2021
- 533
- 0
Şöhlət Abbas BƏNÖVŞƏ
BƏNÖVŞƏ
Əyibsən boynunu niyə mənim tək,
Əyilmək yaraşmır düzə, bənövşə?!
Mənim sevincim tək ay ömrügödək,
Kim səni gətirdi gözə, bənövşə?
Məhəbbətlə keçən hər dəm gözəldir,
Səhərlər üstündə şəbnəm gözəldir.
Yoxsa ki çəkdiyin bu qəm gözəldir,
Açmaq istəmirsən bizə, bənövşə?
Ey çəmən-tablonun incə naxışı,
Qızların ismətli, məhzun baxışı,
Şöhlətin vəfalı, kövrək yoldaşı,
Gərəkdir dərd əhli dözə, bənövşə!