Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » ETSN oduncağa əlavə ehtiyacı olan vətəndaşlara müraciət edib

ETSN oduncağa əlavə ehtiyacı olan vətəndaşlara müraciət edib

ETSN oduncağa əlavə ehtiyacı olan vətəndaşlara müraciət edibƏhalinin yanacaq odununa olan tələbatını təmin etmək məqsədilə regional meşə təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində aparılan oduncaq tədarükü başa çatıb. Rayon icra hakimiyyətlərinin bölgüsü və müvafiq qurumların sifarişi əsasında Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının hərbi hissələri, Təhsil, Səhiyyə nazirliklərinin müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin oduncağa olan tələbatı tam təmin olunub.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, regional meşə təsərrüfatı mərkəzlərində bugünədək ölkə üzrə ümumilikdə 67295 m3 həcmində oduncaq tədarük edilərək dəyəri ödənilməklə ehtiyacı olan əhaliyə və  təşkilatlara verilib.
Nazir müavini oduncağa əlavə ehtiyacı olan vətəndaşlara odun əldə etmək üçün özbaşına meşələrə üz tutmamağı, qaydalar çərçivəsində regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi  tövsiyəedib:
“Əhalidən xahişimiz odur ki, özbaşına meşələrə üz tutmasınlar, ağacları zədələməsinlər, ağac kəsərək meşələri məhv etməsinlər. Əlavə oduncağa ehtiyacınız yaranarsa, mütləq qaydada regional meşə təsərrüfatı mərkəzlərinə müraciət edin. Mərkəzlərdə oduncaq ehtiyatı var”.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.