Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti elektron xidmətlərini təqdim etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti elektron xidmətlərini təqdim etdi

Pensiya kalkulyatoru e-xidməti də artıq istifadədir
Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhaliyə xidmətlərin elektron infrastruktur üzərində şəffaf və operativ təşkili, e-xidmətlərin dairəsinin genişləndirilməsi işlərini davam etdirir. Bu istiqamətdə Nazirlik növbəti elektron yeniliklərinin – 4-ü proaktiv olmaqla  5 e-xidmətini, (o cümlədən Pensiya kalkulyatoru e-xidmətini) həmçinin 10 e-arayış xidmətini təqdim etdi.
Tədbirdə Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov qurumun elektronlaşma proqramının icrası sahəsində e-yeniliklərini diqqətə çatdırıb.
Bildirilib ki, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların, sonralar bir çox müavinət və təqaüdlərin e-qaydada təyinatı həyata keçirilir. Həmin istiqamətdə işlər davam edir və bu gün daha 5 e-xidmət təqdim edilir. Bunlar aşağıdakılardır:
  • Ailə başçısını itirməyə görə pensiyanın e-təyinatı;
  • Ailə başçısını itirməyə görə müavinətin e- təyinatı;
  • Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinətin e-təyinatı;
  • Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin e- təyinatı;
  • Pensiya kalkulyatoru e-xidməti.
Qeyd olunan 5 e-xidmətdən 4-ü proaktiv xidmətdir. Yəni onlar ailə başçısını itirməyə görə pensiyanın və ya müavinətin, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinətin, övladlığa götürülən uşaqlara görə müavinətin təyinatının heç bir müraciət olmadan, elektron qaydada, avtomatik olaraq təyin edilməsinə imkan verir. Təyinat aparıldıqdan sonra isə müavinət və ya pensiya məbləği və bank kartı barədə məlumatlar ödəniş rəsmiləşdirilmiş şəxsin telefon nömrəsinə sms şəklində göndərilir. 
Pensiya kalkulyatoru e-xidməti də vətəndaşların marağına səbəb ola biləcək e-yeniliklərdən biridir. İstifadəçilər e-sosial.az internet portalında qeydiyyatdan keçməklə və şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək, bu e-xidmət vasitəsilə özlərinin pensiya hüququnun yaranacağı tarix, pensiya yaşı, pensiya kapitalı, pensiyanın məbləği barədə məlumat əldə edə biləcək. 
          Nazirliyin e-sosial internet portalının imkan və funksionallıqları daim genişləndirilir. Növbəti işlər kimi, portala peşə standartları reyestri, habelə özünüməşğulluq proqramına, peşə hazırlığına, reabilitasiyaya cəlb olunanlar, əlilliyi olan şəxslərə qulluq edənlər, işsizlikdən sığorta ödənişi edilmiş şəxslər və b. barədə reyestr və arayışlar da daxil edilib. Bunların nəticəsi kimi, bu gün Nazirliyin aşağıda qeyd edilən daha  10 e-arayış xidməti də təqdim edilir:
  • Özünüməşğulluq proqramında iştirak edən şəxs olması barədə;
  • Özünüməşğulluq proqramı çərçivəsində əldə edilmiş aktivlər barədə;
  • Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxs olması barədə;
  • Əlilliyi olan şəxslərə qulluq edən şəxs olması barədə;
  • Peşə hazırlığına cəlb edilmiş şəxs olması barədə;
  • İstehsalat zədəsi almış şəxs olması barədə;
  • Sanatoriya-kurort yollayışı ilə təmin olunmuş şəxs olması barədə;
  • Sosial sığınacaqda yerləşdirilmiş şəxs olması barədə;
  • Reabilitasiya tədbirlərinə cəlb olunmuş şəxs olması barədə;
  • İşsizlikdən sığorta ödənişi edilmiş şəxs olması barədə.
Beləliklə, Nazirlik üzrə e-xidmətlərin sayı artıq 61-ə çatır ki, onlardan 34-ü proaktivdir. Nazirliyin e-arayış xidmətlərinin sayı isə 30-a çatır.
Vətəndaşların marağını nəzərə alaraq Pensiya kalkulyatoru e-xidməti barədə Nazirliyin hazırladığı videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=oRdeh7QB5t4&feature=youtu.be
AZƏRBAYCAN RESPUBLİKASI 
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN 
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.