Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » "Azərişıq" ASC əməkdaşları ən ucqar dağ kəndlərində belə kəskin hava şəraitində 24 saat iş başındadır.

"Azərişıq" ASC əməkdaşları ən ucqar dağ kəndlərində belə kəskin hava şəraitində 24 saat iş başındadır.

Azərbaycanın bir sıra regionlarında havaların qarlı və kəskin şaxtalı keçməsi istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchizatında üzərimizə düşən məsuliyyəti daha da artırır. “Azərişıq” ASC-nin əməkdaşları abunəçilərin 24 saat fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün var gücü ilə çalışır.
Müxtəlif dağlıq və dağətəyi regionlarda qarın yağmasına və havaların şaxtalı keçməsinə baxmayaraq əməkdaşlarımız elektrik enerjisi xəttlərində qəzaların baş verməməsi üçün səfərbər olunublar.
“Azərişıq” ASC-nin regional enerji təchizatı və satışı idarələrinin əməkdaşlarının ekstremal hava şəraitinə baxmayaraq gecə-gündüz çalışması nəticəsində istehlakçılarımızın dayanıqlı və keyfiyyətli elektrik enerjisinə əlçatanlığı daha da artıb.
Hər il olduğu kimi bu il də payız-qış fəsli ilə əlaqədar olaraq regionlar zəruri avadanlıqlar, mal-materiallarla öncədən təmin edilib, kəsinti və qəzaların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülüb. Baş verə biləcək kəsilmələrin qarşısını almaq üçün əməkdaşlarımız daim hazır vəziyyətdədir.
İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı qəza halı ilə bağlı “Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.